Evlilik proqramında gəlin namizədlər bir-birinə aşiq oldular (VİDEO)
Vyetnamda yayımlanan evlilik proqramında qeyri-adi hadisə yaşanıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, proqramda həftənin final gecəsində gəlin namizədlər bir-birlərinə aşiq olduqlarını açıqlayıblar.
Minh Thu adlı iştirakçı heç bir bəy namizədin təklifini qəbul etmədiyini söylədikdən sonra ağlayaraq Truc Nhu adlı digər namizədin yanına gedib və onu qucaqlayıb.
Minh Thunun ona "Mənimlə gəl" dedikdən sonra, Truc Nhu əlindəki gülü üzr istəyərək, bəy namizədə geri qaytarıb.
Daha sonra isə hər iki gəlin namizəd əl-ələ verilişi tərk edib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər