Foto 14:27 24.06.2019

Çexiyada 30 ilin ən böyük nümayişi (FOTOLAR)

Çexiyanın paytaxtı Praqada son 30 ilin ən böyük nümayişi təşkil edilib.

Qaynarinfo xəbər verir ki, ölkənin baş naziri Andrey Babişin siyasəti əleyhinə təşkil edilən aksiyada 250 min nəfər iştirak edib. İnsanlar Babişi baş nazir seçilməmişdən əvvəl Avropa İttifaqının fondlarında korrupsiyaya yol verməkdə ittiham edərək onu istefaya çağırıb.

Narazi Vətəndaşlar Hərəkatı Partiyasının üzvü olan Andrey Babiş 2017-ci ildən bəri Çexiyanı idarə edir. 

Qeyd edək ki, 1989-cu ildə Çexiyada kommunist hökuməti əleyhinə təşkil edilən nümayişlərdə 750 min nəfər iştirak etmişdi.

Gülşən