İranda qadınların paltarlarına nəzarətə son verilib
İranda qadınların geyimlərinə nəzarət edən “Əxlaq polisi” işini dayandırıb. Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Əxlaq polisi” İranda 1979-cu ildən bəri qadınların pal-paltarına nəzarət edir.
ABŞ mətbuatının yazdığına görə, İranın islahatçı dövlət başçısı Həsən Ruhani, dövlət sektorunda qadınların paltarlarına nəzarət edən və xəbərdarlıqdan və nəzarət altına almağa qədər ixtiyarları olan “Gaşti İrşad” (Əxlaq polisi) bu vəzifəsini Daxili İşlər Nazirliyinə təhvil verdi.
Buna görə, paltar nəzarətinə görə artıq nazirliyə tabe olan ictimai şuralar məsuliyyət daşıyacaq. Amma İran Polis rəisi Əhmədi Muqəddəmın sözlərinə görə, şuraların heç bir hüquqi sanksiya vermək ixtiyarı olmayacaq.
Qaynar.info
Şərhlər