Xəbər lenti

Ölkə 13:40 25.01.2024

Eyni həyətdə yaşadığı keçmiş arvadının hind quşlarını oğurladı - Həbs olundu

Göyçayda keçmiş arvadının evində oğurluq edən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində baş verib. 

Belə ki, 44 yaşlı Elçin İmanov (ad-soyad şərti) bir həyətdə yaşadığı keçmiş arvadının saxladığı iki ədəd hind quşunu oğurlayıb və 31 manata satıb. 
 
Elçin İmanov saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Zərərçəkmiş Zəminə (şərti) məhkəmədə bir həyətdə ayrı yaşadığı keçmiş ərindən şikayətçi olduğunu və barəsində tədbirlər görülməsini xahiş edib. 

Məhkəmənin hökmü ilə Elçin İmanov 1 ay müddətində inzibati qaydada həbs olunub.

Əhməd

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?