«Facebook» fəalı Kamran İsmayılzadə Nərimanov rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq həbs cəzası alıb.Bu haqda AzadlıqRadiosuna onun yaxınları məlumat verib. Onlar Kamran İsmayılzadənin hansı ittihamla həbs olunmasından xəbərsizdirlər.
Yaxınları onun avqustun 2-də naməlum istiqamətə aparıldığını və yerinin bəlli olmadığını bildirirdilər.
Onlar ehtimal edirlər ki, Kamran İsmayılzadə «facebook»da yaratdığı «Vətən, başın sağ olsun» dəvətinə görə həbs olunub. Yenə yaxınları bildirir ki, həbsindən az öncə ondan «facebook»dakı dəvətini silməsini istəyiblər.
Qaynar.info
Şərhlər