Texnologiya 21:18 30.10.2019

"Facebook" və "İnstagram"da problem yarandı

"Facebook" və "İnstagram" sosial şəbəkələrinin istifadəsində problem yaranıb.

Qaynarinfo musavat.com-a istinadən  xəbər verir ki, bir sıra ölkələrdə "Instagram" və "Facebook" istifadəçiləri sosial şəbəkələrin işində yaranmış nasazlıqlardan şikayət ediblər.

Sosial şəbəkə istifadəçilərinin bildirdiyinə görə, "İnstagram" və "Facebook"da messencer tətbiqi ilə mesaj göndərmək mümkün deyil.

Hazırda yaranan problemlə bağlı rəsmi açıqlama verilməyib.