Xəbər lenti

Faşizmin mirası: Almaniya öz ərazisində dronları vura bilməz
Dünya 17:45 11.10.2025

Faşizmin mirası: Almaniya öz ərazisində dronları vura bilməz

II Dünya müharibəsindən sonra qəbul edilmiş konstitusiya məhdudiyyətləri Almaniya ordusuna ölkə daxilində əməliyyatlar aparmağı qadağan edir. Bu məhdudiyyətlər hazırda artan rus təxribatları fonunda təhlükəsizlik dilemması yaradıb.

Qaynarinfo xəbər verir ki, "Politico” nəşrinin məlumatına görə, Almaniya ordusu düşmən dronlarını ölkə hava məkanında vurmaq səlahiyyətinə malik deyil. Nasional-sosializmin süqutundan sonra qəbul edilən konstitusiya dəyişiklikləri bu gün Rusiya kəşfiyyat və təxribat dronlarına qarşı müdafiəni faktiki olaraq iflic edib.

1949-cu ildə qəbul edilmiş Almaniya Federativ Respublikasının Konstitusiyasına əsasən, Bundesver (Müdafiə Nazirliyi) daxili təhlükəsizlik əməliyyatlarında iştirak edə bilməz. Bu qərar o vaxt qəbul olunmuşdu ki, İmperiya Almaniyası və Veymar Respublikası dövrlərində ordu tez-tez öz vətəndaşlarına, xüsusilə sol siyasi hərəkatlara qarşı istifadə edirdi.

Lakin indi, Kreml Avropanın təhlükəsizlik sərhədlərini sınaqdan keçirdiyi bir vaxtda, bu təminatlar gözlənilməz mənfi nəticələr doğurur. Bundesver yalnız hərbi bazalar üzərindəki hava məkanında dronları vura bilər, mülki hava məkanında isə bu mümkün deyil. Eyni zamanda, buna hüquqi səlahiyyəti olan polis bu əməliyyat üçün lazımi texniki vasitələrə malik deyil.

Bundestaqın müdafiə komitəsinin sədri Tomas Rövekamp bildirib: "Ölkənin müdafiəsi məsələsində Bundesverin hərəkət etməsinə imkan verəcək qanun dəyişikliyi edilməlidir".

Daxili işlər naziri Aleksander Dobrindt isə federal polis daxilində xüsusi bölmənin və hərbi, polis və kəşfiyyat resurslarını birləşdirəcək milli dron müdafiə mərkəzinin yaradılmasını təklif edib. Bununla belə, hüquqşünaslar belə bir qanunun Konstitusiyaya uyğun olub-olmayacağına şübhə ilə yanaşırlar.

Kansler Fridrix Merzin koalisiyasında siyasi fikir ayrılıqları və radikal partiyaların təsirinin artması fonunda Əsas Qanunun dəyişdirilməsi çox çətin görünür.

Rövekamp əlavə edib: "Dünya dəyişib və artıq daxili və xarici təhlükəsizlik arasında sərhəd aydın deyil. Konstitusiyanı yeni reallığa uyğunlaşdırmalıyıq".

Almaniya hökuməti bildirib ki, polis ölkənin hava məkanında təhlükə yaradan naməlum dronları vurmaq səlahiyyəti alacaq. Bununla bağlı İsrail və Ukrayna ilə müdafiə məsələlərində məsləhətləşmələr aparılıb.

Hazırda Avropa ölkələri də öz hava məkanlarını qorumaq məqsədilə "dron divarı” adlanan konsepsiyanı müzakirə edirlər. Bu təşəbbüs hələ yekun təsdiqini tapmasa da, onun qarşısını almağa çalışdığı təhlükələr real hesab olunur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->