Bir neçə gün əvvəl jurnalist Nicat İntiqam “Favorit Market”dən uşaqları üçün aldığı yarmanın (“mannı”) içərisindən qurd və həşəratlar çıxması ilə bağlı “facebook”dakı profilində məlumat yaymışdı.
Jurnalist, həmçinin, məsələ ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə rəsmi müraciət etdiyini də bildirmişdi.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Fazil Talıbov Aktual.az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı komitədə araşdırma aparılır:
“Nicat İntiqamın, istehlakçı olaraq, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciətindən sonra məhsul, tərəfimizdən götürülərək rəsmiləşdirildi. Hazırda iş icraatdadır. Həm “Favorit Market”də, həm də qeyd olunan məhsulu idxal edən “Çar” əmtəə nişanlı firmanın anbarında araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə, eyni zamanda, Nicat İntiqama əlavə məlumat verəcəyik”.
Qaynar.info
Şərhlər