Serbiya Futbol Birliyinin (FSS) prezidenti Slavişa Kokeza koronavirusa qalib gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə FSS-in həkimlər komissiyasının rəhbəri Milko Ristiç məlumat verib.
O, federasiya prezidentinin artıq tam sağaldığını bildirib: "Slavişa Kokeza sağalıb. O, özünü yaxşı hiss edir və yaxın günlərdə evə buraxılacaq”.
Qeyd edək ki, 2016-cı ildən Serbiya Futbol Birliyinin prezidenti olan 43 yaşlı futbol funksionerindən martın 13-də götürülən test müsbət nəticə verib.
Şərhlər