İdman 22:41 25.01.2021

"Fənərbaxça" böyükhesablı qələbə qazandı

Türkiyə Super Liqasında XXI tura yekun vurulub.

Qaynarinfo xəbər verir ki, son gündə 3 oyun keçirilib.

Təhlükəli zonadan uzaqlaşmağa çalışan "Kasımpaşa” ilə "Sivasspor”un duelindən birincilər qalib ayrılıb.

"Alanyaspor” - "Ankaragücü” görüşü bol qollu alınıb. Qonaqlar iki top fərqi ilə önə keçsə də, Alanya təmsilçisi əzmkar qələbəyə sevinib.

Çempionluğa iddia edən "Fənərbaxça” doğma arenasında autsayderlərdən olan "Kayserispor”u  3:0 hesabı ilə məğlub edib.

Türkiyə Super Liqası
XXI tur
25 yanvar
"Kasımpaşa” – "Sivasspor” – 2:0
Hayradinoviç, 6, Aytaç Kara, 17
"Alanyaspor” – "Ankaragücü” – 4:3
Salih Uçan, 38, Bakasetas, 54, Babakar, 62, Mubandje, 79 – Paintsil, 3, 28, Badji, 65
"Fənərbaxça” – "Kayserispor” – 3:0
Tiam, 20, Samatta, 51, Sisse, 87