Xəbər lenti

Fəxrəddin Manafovun həyat yoldaşı vəfat etdi (FOTO)
Ölkə 09:00 03.03.2021

Fəxrəddin Manafovun həyat yoldaşı vəfat etdi (FOTO)

Azərbaycanın Xalq artisti, teatr və kinoaktyoru Fəxrəddin Manafovun həyat yoldaşı Vahidə Sadıqova vəfat edib.

Qaynarinfo-nun məlumatına görə, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov instaqram sosial şəbəkəsindəki hesabında bildirib.

O, qeyd edib ki, Vahidə Sadıqova bu gün 65 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Xatırladaq ki, Vahidə Sadıqova Azərbaycan dövlət televiziyasının diktoru olub.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->