Subtropik meyvə olan feyxoanın vətəni Braziliyadır.
Qaynarinfo saglamolun.az-a istinadən bildirir ki, məhz Braziliyada yerli alim və seleksioner Silva Feyxo ilk dəfə bu görkəmsiz bitkiyə fikir verib, onun faydalarını araşdırıb və qidalanmamıza daxil edib. Daha sonra meyvəyə onu ilk kəşf edənin adı verilib - feyxoa.
Feyxoa az bir ölkələrdə yetişdirilir. Bu mənada bizim bəxtimiz gətirib. Mütəxəssislər Azərbaycanda yetişdirilən feyxoanı çox faydalı hesab edirlər.
Feyxoa insan sağlamlığı üçün olduqca faydalı meyvədir.
- Feyxoanın tərkibində olan yodun miqdarı demək olar ki, dəniz məhsullarında olan yoda çatır. Yod orqanizmin normal fəaliyyəti üçün ən vacib maddələrdən biridir. Yodun atomları qalxanvari vəzi hormonlarının tərkibinə daxildir. Bu səbəbdən yod çatışmazlığı zamanı qalxanvari vəzidə pozulmalar yaranır.
- Feyxoa kaliumla zəngindir. Kalium ürəyin fəaliyyəti üçün ən vacib olan mineraldır. Kalium ürək əzələsini qoruyur, ürəyin fəaliyyətini yaxşılaşdırır, ödemləri azaldır.
- Tərkibində C və PP vitaminləri olan feyxoa damarların sağlamlığını qoruyur, onları daha elastik və möhkəm edir.
- Katexin və leykoantosian maddələri ilə zəngin olan feyxoa (xüsusilə meyvənin qabığı) orqanizmə güclü antioksidant təsir edir, xərçəngin inkişafı riskini azaldır.
- Pektin və qidalı liflərlə zəngin olduğundan feyxoa mədə-bağırsaq sistemi üçün faydalıdır.
- Feyxoa yüksək təzyiqi salmağa kömək edir.
- Feyxoanın güclü iltihab, virus və mikrobəleyhinə xüsusiyyətləri var. Bu səbəbdən feyxoa immun sistemimizə çox müsbət təsir edir, soyuq fəsillərdə soyuqdəymə xəstəliklərindən qoruyur.
Şərhlər