Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün "Səngəçal Taxıl Elevatoru”, "Gəncə Taxıl Elevatoru”, Abşeron Taxıl MMC, Dəvəçi-Dəyirman MMC, Karat-Holdinq MMC, Karmen MMC, Gəncə-Dəyirman MMC, "N.Quliyev adına Bakı-Taxıl ASC, Aveta MMC, "Neon” firması, EL-Babatürk MMC, "Pak-Nur” firması, Xırman MMC, "Rəşad” firması, Səma FF firması, "Avropa” firması, "Sarı sünbül” firması, Azəri-Arapoğlu US, T.Ltd BM və Svinks MMC müəssisələri vasitəsilə buğda tədarükünü elan edib.
Qaynarinfo xəbər verir ki, ötən gündən sentyabr ayının 1-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 300 AZN olmaqla qəbul ediləcək.
Taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər:
I. Dənin naturası (bir litrlik purkalarda qramla):
buğda üçün - 750 q/l-dən az olmamaqla
II. Alaq otları (zibil) qarışığı (faizlə):
buğda üçün - 2 faizdən çox olmamaqla
III. Dən qarışığı (faizlə):
buğda üçün - 5 faizdən çox olmamaqla
IV. Nəmlik (faizlə)- bütün bitkilər üçün:
13,0 faizdən çox olmamaqla
V. Yapışqanlıq : 3-cü sinif buğda üçün - 23 faizdən az olmamaqla
yapışqanlığın keyfiyyəti: (göstərici: 65-75)
VI. Şüşəvarilik:
3-cü sinif buğda üçün - 40% -dən az olmamaqla
VII. İyi və dad – bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad - yol verilmir
VIII. Sürmə ilə sirayətlənmiş dənlər - yol verilmir
IX. Anbar ziyanvericiləri ilə sirayətlənmə - yol verilmir
X. Digər əlamətlər – bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) - yol verilmir
Bildiririk ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcəkdir. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.
Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (09:00-dan 18:00-a kimi):
"Gəncə Taxıl Elevatoru”: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi-20, tel: 050-660-39-03;
"Səngəçal Taxıl Elevatoru”: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Səlyan şossesinin 51-ci kilometrliyi, tel: 050-218-30-06;
Abşeron Taxıl MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi, tel: 012-342-90-04; 050-352-50-01;
Dəvəçi-Dəyirman MMC: Şabran şəhəri, Nizami küçəsi-1, tel: 050-314-39-21;
"Karat-Holdinq”: Xırdalan şəhəri, Şamaxı şossesi-23, tel.: 050-222-38-36;
Karmen MMC: Abşeron rayonu, Yeni Şamaxı şossesi-23, tel.: 050-223-18-93;
Gəncə-Dəyirman MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, tel.: 050-265-80-75;
N.Quliyev adına Bakı-Taxıl ASC: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. Tel. 012-566-00-44; 050-214-72-81;
Aveta MMC: Kürdəmir şəhəri, Bakı prospekti 6, tel: 0-50-200-11-87;
"Neon” firması: Gəncə şəhəri, Ə.Əliyev küç. 3, tel: 0-50-220-30-27;
EL-Babatürk MMC: Sulutəpə qəsəbəsi, R.Allahverdiyev 300, tel.: 012-346-08-08, 055-271-73-73;
"Pak-Nur” firması: Xaçmaz şəhəri, tel: 050-590-18-36;
Xırman MMC: Biləcəri qəsəbəsi, tel: 077-270-97-20;
"Rəşad” firması: Bərdə şəhəri, tel: 050-215-99-00;
Svinks MMC: Xırdalan şəhəri, tel: 050-630-65-92;
Azəri-Arapoğlu US, T.Ltd BM: Gəncə şəhəri, tel: 050-222-65-22;
Səma FF: Bakı şəhəri, tel: 050-311-52-51;
"Avropa” firması: Bakı şəhəri, tel: 050-255-48-88;
"Sarı sünbül” firması: Giləzi, tel: 050-212-29-66;
Daxili malgöndərənlərdən tədarük edilən taxılın qəbulu üçün tələb edilən sənədlər:
2018-ci ilin iyul ayının 1-i tarixinə kimi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən, 1 iyul 2018-ci il tarixindən etibarən isə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş daxili karantin sertifikatı.
Dənin keyfiyyət göstəricilərinə görə verilmiş uyğunluq sertifikatının surəti. Uyğunluq sertifikatı könüllülük prinsipi əsasında təqdim edilə bilər. 1 iyul 2018-ci il tarixindən buğda məhsulu istehsalçılarının qeydiyyata alınmaları üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmələri tövsiyə edilir.
Şərhlər