Xəbər lenti

FİFA üzvü olan bütün milli assosiasiya və konfederasiyalarda audit aparılacaq
İdman 11:17 17.03.2018

FİFA üzvü olan bütün milli assosiasiya və konfederasiyalarda audit aparılacaq

FİFA-ya üzv olan bütün 211 milli assosiasiya və 6 konfederasiyada mərkəzləşdirilmiş audit aparılacaq.

Qaynarinfo xəbər verir ki, report-un ali futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, yoxlamaları dünya səviyyəli müstəqil auditorlar həyata keçirəcək. Məqsəd üzv təşkilatlara Forvard fondların ayırdığı vəsaitdən istifadəyə nəzarət etməkdir. Hazırda bu vəsaitlərin təyinatı üzrə istifadəsinin təmin olunması üçün sərt nəzarət mövcuddur.

Maliyyə hesabatında bildirilir ki, FİFA dünya ölkələrinin futbol assosiasiyalarından Uşaq Futbolunun İnkişaf Proqramında iştirakları üçün 1554 ərizə alıb. 2015 - 2018-ci illərdə proqram çərçivəsində milli futbol qurumlarına 1,79 milyard dollardan 393 milyon dollar köçürülüb. Qalan pul vəsaitləri hər bir assosiasiya ilə razılaşdırılmış qaydada mərhələli şəkildə köçürüləcək. Bu zaman layihənin nə dərəcədə uğurla həyata keçirildiyi nəzərə alınacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->