Xəbər lenti

Ekonomiks 16:45 10.03.2020

Fikrət Yusifov: “Trliyonlarla itkiyə aparan bu gedişlər kimə lazımdır?”

"Ajiotaj yaratmaq lazım deyil. Ölkənin iqtisadi və maliyyə dayanaqlılığı milli valyutanın məzənnəsinin sabitliyi üçün kifayət qədər yetərlidir”.

Qaynarinfo xəbər verir ki, bunu sabiq maliyyə naziri Fikrət Yusifov deyib. O bildirib ki, koronavirusun yartdığı gərginlik dünya iqtisadiyyatının silkələnməsinə, maliyyə bazarlarının çöküşünə səbəb olsa da yaranmış vəziyyətin etiraf edilməyən köklərinin mövcudluğu heç kimdə şübhə doğurmur:
"Son illər dünya iqtisadiyyatına təsir edən amillər daha çox siyasi xarakter almağa başlayıb. Nəhəng güclər arasında aparılan ticarət müharibələri, neftin qiymətləri ətrafında gedən oyunlar bu sıradan olan hadisələrə aiddir. Ortaya çıxmış bir virusun ətrafında nə baş verir? Bu qədər gərginliyi yaratmaqla dünya iqtisadiyyatının inkişafına, beynəlxalq maliyyə bazarlarının əsaslı şəkildə silkələnməsinə və nəticə etibarilə trliyonlarla dollar itkilərə aparan bu gedişlər kimə lazımdır? Ümümdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 650 min insan adi qripdən dünyasını dəyişir. Son bir neçə ayda koronavirusa yoluxanların və ondan ölənlərin sayı isə bu göstərici ilə müqaisə edilməyəcək dərəcədə kiçikdir. Belə olan halda yeni virusun ətrafında bu qədər ajiotajın yaradılması nə qədər doğrudur? Suallar çox olsa da, fakt faktlığında qalır. Koronavirus hələlik öz işini görür. Hesab edirəm ki, dünya birliyi səyləri bir araya gətirib tezliklə bu virusun ram edilməsi yollarını arayıb tapacaq”.

Fikrət Yusifov vuğuıayıb ki, dünya bazarlarında neftin qiymətlərinin kəskin azalması və bunun hansı fəsadlar yarada biləcəyi ilə bağlı müxtəlif nəlumatlar paylaşılır: 

"Azərbaycan dünyanın iqtisadi müstəvisinin bir parçası kimi bu prosseslərdən kənarda deyil. Lakin baş verənləri "iqtisadiyyat çökəcək, manat 2015-ci ildəki kimi kəskin devalvasiyaya məruz qalacaq” kimi təqdim etmək nə qədər doğrudur və bu kimlərə lazımdı? Azərbaycan manatı artıq bir neçə ildir ki, öz sabitliyini qoruyub saxlayır və manatın məzənnəsinin hələ uzun müddət sabit qala bilməsi üçün hökumətin kifayət qədər böyük imkanları var. Bu gün bütün banklarda xarici valyutanın satışı tam sərbəst şəkildə, heç bir məhdudiyyət qoyulmadan, bir dollar üçün 1 manat 70 qəpik kursu ilə həyata keçirilir. Odur ki, ajiotaj yaratmaq lazım deyil. Ölkənin iqtisadi və maliyyə dayanaqlılığı milli valyutanın məzənnəsinin sabitliyi üçün kifayət qədər yetərlidir”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->