ABŞ-ın Cənubi və Şimali Karolina, Virciniya ştatlarında Florens qasırğası səbəbilə güclü sel gözlənilir.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, ötən gün sahilə çatan Florensin sürəti saatda 105 km-dir və Şimali Karolinada artıq 5 nəfərin ölümünə səbəb olub. Hər iki Karolina ştatında güclü sel və daşqın proqnozlaşdırılır.
1,7 milyon əhalinin evakuasiyası barədə göstəriş verilib, minlərlə insan sığınacaqlara yerləşdirilib.
Gülşən
Şərhlər