Xəbər lenti

Fonda 93 milyon 157 min 335 manat toplandı
Sağlamlıq 21:28 29.03.2020

Fonda 93 milyon 157 min 335 manat toplandı

Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə qədər 93 milyon 157 min 335 manat vəsait toplanıb.

Qaynarinfo xəbər verir ki, Fonda ianə edənlərdən 1141-i hüquqi, 3324-ü isə fiziki şəxsdir.

Qeyd edək ki, Fond Prezident İlham Əliyevin 19 mart sərəncamı ilə yaradılıb. Prezident öz ehtiyat fondundan ilkin olaraq 20 milyon manat bu fonda ayırmış, daha sonra isə bir illik əmək haqqını bağışlamışdı.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da bir illik əmək haqqını Fonda bağışlayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->