"Forbes" ən çox qazanan müğənnilərin adlarını açıqladı (SİYAHI)

"Forbes" dərgisi ilin ən çox qazanan müğənnilərinin siyahısını açıqlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ilk pillədə illik gəliri 185 milyon dollar olan Teylor Svift yer alıb. Reytinqdə ikinci yeri reper Kanye Uest tutub. Onun illik qazancı 150 milyon dollardır. İldə təxminən 110 milyon dollar gəlir əldə edən ingilis pop ulduzu və Qremmi mükafatının sahibi Ed Şiran isə üçüncü pillədədir.

"Eagles" rok qrupu illik 100 milyon gəlirlə dördüncü, Elton Con isə 84 milyonla beşinci sırada qərarlaşıb.

Camal
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR