Dünya 18:30 26.01.2022

Forbes: Ukrayna ilə bağlı vəziyyət fonunda rus milyarderlər 27,9 milyard itirib

Geosiyasi risklərin artması və Ukrayna ətrafında vəziyyətin kəskinləşməsi ilə əlaqədar fond indekslərinin aşağı düşməsi ən zəngin rus iş adamlarının rifahına təsir edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Forbes” yazıb.

Real vaxt rejimində milyarderlərin sərvətini izləyən Forbes Real-Time reytinqinə əsasən, 2021-ci ilin dekabr ayının sonundan etibarən siyahıda olan 104 rusiyalının ümumi sərvəti 27,9 milyard dollar azalıb.

Jurnalın analitiklərinin fikrincə, o vaxtdan bəri 76 rusiyalı milyarderin var-dövləti belə zərərə uğrayıb.
 
Alpər