Xəbər lenti

Formula 1 və Formula 2 ilə bağlı mal, iş və xidmətlər ƏDV-dən azad edilir
Ekonomiks 09:07 23.10.2019

Formula 1 və Formula 2 ilə bağlı mal, iş və xidmətlər ƏDV-dən azad edilir

Azərbaycanda Formula 1 və Formula 2 yarışları ilə bağlı mal, iş və xidmətlər 2024-cü il yanvarın 1-nə  qədər əlavə dəyər vergisindən (ƏDV) azad edilir.   

Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycanda keçirilən Formula 1 və Formula 2 yarışları ilə bağlı müvafiq icra hakimiyyəti orqanının  müəyyən etdiyi orqan (qurum) ilə bağlanmış  müqavilə əsasında mal, iş və xidmətin təqdim edilməsi 2018-ci il yanvarın 1-dən 6 il müddətində ƏDV-dən azad ediləcək.

Qanun layihəsi Milli Məclisin 12,13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.  

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->