İdman 18:27 29.11.2021

"Formula 1"in yaradıcısı öldü

"Formula 1"in yaradıcısı Frank Uilyams dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, bu haqda yarışın rəsmi saytı məlumat yayıb. Səhhəti ilə əlaqədar cümə günü xəstəxanaya yerləşdirilən "Formula  1"in keçmiş rəhbəri və qurucusu 79 yaşında həyatla vidalaşıb. 

Karyerasına pilot kimi başlayan, qısa müddətdən sonra mexanik olaraq fəaliyyətin davam etdirən Uilyams 1966-cı ildə "Frank Willams Racing Cars" şirkəini yaratmışdı. 1977-ci ildə isə o, hazırda dünyanın bir nömrəli yarışı hesab olunan və "Formula 1" adı ilə tanınan "Williams Grand Prix Engineering"in yaradılmasını elan etmişdi.

"Formula 1" rəhbərliyi onun ölümü ilə bağlı başsağlığı verib.

Səbuhi Həsənov