Dünya 13:07 18.09.2021

Fransa ABŞ-ın onu "kürəyindən bıçaqlanmasına" son dərəcə sərt reaksiya verdi

Fransa ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb, münaqişə getdikcə böyüyür.

Qaynarinfo xəbər verir ki, Fransa Avstraliyanın Fransa sualtı qayıqlarının tədarükü üçün Parislə milyardlarla dollarlıq müqaviləyə xitam verməsi fonunda Vaşinqton və Kanberradakı səfirlərini məsləhətləşmələr üçün dərhal geri çağırıb. Bu haqda məlumatı Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian deyib.
"Bu müstəsna qərar 15 sentyabrda Avstraliya və Amerika Birləşmiş Ştatları tərəfindən elan edilən qərarların həddindən artıq ciddiliyindən qaynaqlanır, - Fransa Xarici İşlər naziri deyib. - Prezidentimizin xahişi ilə ABŞ və Avstraliyadakı səfirlərimizi məsləhətləşmələr üçün dərhal geri çağırmağı əmr etdim".
Fransanın Vaşinqtondakı səfiri Filipp Etiyen vətəninə geri çağırılması xəbərini təsdiqləyib. CNN-ə görə, Fransa səfirinin ABŞ-dan geri çağırılması fransızların yeni çağda belə bir addıma ilk dəfə əl atması faktıdır.

Jan-İv Le Drian müttəfiqlər və tərəfdaşlar arasındakı münasibətlərdə Avstraliya və Fransanın 2016-cı ildən bəri davam etdirdiyi sualtı gəmi layihəsindən imtina etməyi və bunun əvəzində nüvə enerjisi ilə işləyən sualtı gəmilərin inşası üçün ABŞ ilə yeni bir ortaqlığa girməyi qəbuledilməz adlandırıb.
Fransa səfirini geri çağırmadan əvvəl Le Drian Karnberra ilə Vaşinqton arasındakı razılaşmaya görə ABŞ əleyhinə sərt sözlərlə cavab verib: "Bu, vəhşicəsinə və birtərəfli qərar Trampın hərəkətlərini xatırladır".

Fransa hökuməti bəyan edib ki, Avstraliyanın ABŞ və İngiltərə ilə yeni bir müqavilə imzalamaqla nüvə sualtı gəmiləri almağa razı olduğunu söyləyərək, Avstraliyanın mövcud milyardlarla dollarlıq müdafiə müqaviləsindən çıxamasından sonra özünü aldadılmış hiss edib.

Fransa Avstraliyaya adi dizel mühərrikli sualtı qayıqları tədarük etmək üçün mövcud olan müqavilənin pozulması nəticəsində 65 milyard ABŞ dolları itirə bilər. CNN qeyd edir ki, dünyanın ən böyük silah ixracatçısı olan Parislə müqavilənin ləğv edilməsinin Fransanın müdafiə sektoruna əhəmiyyətli iqtisadi təsiri olacağı gözlənilir. Fransa ölkənin əhəmiyyətli maraqlarının olduğu Hind-Sakit Okean bölgəsində də strateji olaraq uduza bilər.

"Fransa bizim vacib ortağımız və ən köhnə müttəfiqimizdir, münasibətlərimizi çox yüksək qiymətləndiririk", - ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib. O bildirib ki, ABŞ yaxın günlərdə, xüsusən də gələn həftə Nyu Yorkda BMT Baş Assambleyasının iclası zamanı bu mövzuda müzakirələrə başlamaq niyyətindədir.

"Avstraliya Fransa ilə münasibətlərinə dəyər verir", - Avstraliya Xarici İşlər Nazirliyinin sözçüsü deyib və əlavə edib: "Ortaq dəyərlərimizə əsaslanan bir çox mövzu və maraqları yenidən müzakirə etmək fürsətini gözləyirik".

Alpər