Fransa çempionatında kütləvi dava: Oyun yarımçıq dayandırıldı (FOTOLAR)

Fransa çempionatında kütləvi dava: Oyun yarımçıq dayandırıldı (FOTOLAR)

Fransa Liqa 1-nin "Nitsa" və "Marsel" arasında baş tutan III turunun matçı yarımçıq qalıb.

Qaynarinfo xəbər verir ki, matç zamanı azarkeşlər kütləvi şəkildə meydançaya qaçıblar və oyunçularla dalaşıblar. Münaqişə "Marsel"in yarımmüdafiəçisi Dimitri Payetə butulka atılması ilə başlayıb. Futbolçu butulkanı tribunaya geri atıb, bundan sonra hirsli azarkeşlər meydançaya axışıblar.

Matç oyunçularla azarkeşlərin kütləvi davasına görə dayandırılıb. "Get French Football News” bldirib ki, oyun davam etdirilməyəcək.

Qeyd edilir ki, "Marsel" futbolçuları meydançaya çıxmağı və oyunu davam etdirməyi istəməyiblər. Liqa 1-in reqlamentinə əsasən, komandanı 0:3 hesablı texniki məğlubiyyət gözləyir.

XƏBƏRLƏR
BLOGLAR
X