"Əslində, korvalol damcıları müəyyən ürək, nevroloji və digər xəstəliklər zamanı xəstəni sakitləşdirmək məqsədilə istifadə olunur”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla bu gün bir çox insanın istifadə etdiyi korvalol preparatının narkotik tərkibli olması ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.
Professor korvalolun tərkibində valerian turşusunun komponentinin olduğunu xatırladıb:
"Bundan əlavə, fenobarbital var. Fenobarbital yuxugətiricidir. Biri sakitləşdirici, digəri isə yuxugətirici təsir göstərir. Düşünürəm ki, onun istifadəsinin ləğv edilməsindən daha çox, həkim təyinatı ilə yazılması variantına keçid daha məqsədəuyğun olardı. Çünki narkotik, psixotrop təsirli, öyrəşmə və asılılıq yaradan dərmanlar tibbdə geniş istifadə olunur. Bunlar həkim təyinatı ilə olmalıdır”.
Qeyd edək ki, "Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva mətbuata müsahibəsində korvalolun narkotik tərkibli preparat olduğunu vurğulayıb. Sədr hazırda onun narkotik istifadəçiləri, xüsusilə yeniyetmələr və gənclər arasında istifadə təhlükəsinin mövcud olduğunu bildirib:
"Korvalol ağır narkotiklərə keçidin, yaxud narkotik ağrıları nəticəsində yuxusuzluq problemi yaşayanlara dəstəyin sinonimidir”.
Bahar Rüstəmli
Şərhlər