Fransa İtaliya və İspaniyaya göndərilən milyonlarla maskaya əl qoydu

Fransa İtaliya və İspaniyaya göndərilən milyonlarla maskaya əl qoydu

Fransanın İtaliya və İspaniyaya göndərilən 4 milyon maskaya əl qoyduğu ortaya çıxıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, İsveç şirkəti tərəfindən alınan və Marsel üzərindən Liona çatan maskalara martın 5-də əl qoyulduğu məlum olub. İsveç hökuməti məsələyə müdaxilə etdikdən sonra Fransa sadəcə maskaların yarısını İtaliya və İspaniyaya göndərməyi qəbul edib.

Şirkətin maskaların geri alınması ilə bağlı 2 həftəlik danışıqları da heç bir nəticə verməyib. Hadisə Stokholm-Paris arasında diplomatik böhrana səbəb olub, lakin Fransanın yükün yarısını təhvil verməyi qəbul etməsindən sonra vəziyyət bir az mülayimləşib.

Paris administrasiyası maskalara əl qoyulmasına əsas olaraq yükün Fransaya çatmasından 2 gün əvvəl ölkə prezidenti Emmanuel Makronun imzaladığı sərəncamı əsas göstərib. Belə ki, Makronun 3 martda imzaladığı sənəd Fransa torpaqlarındakı bütün maska istehsalı və ehtiyatlarına əl qoymaq imkanı verir.

Qeyd edək ki, oxşar vəziyyət daha əvvəl də Çexiya və İtaliya arasında yaşanmışdı. Çexiya Çindən İtaliyaya göndərilən maska və süni tənəffüs cihazlarını Praqada saxlamışdı.

Camal
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR