Fransada nəşr olunan "Petit Fute" turistlər üçün məlumat mərkəzi özünün 6-cı sayını Ermənistana həsr edib.
Qaynar.info-nun erməni mətbuatına istinadən verdiyi məlumata görə, həmin sayda Dağlıq Qarabağ bütövlüklə Ermənistan ərazisi kimi təqdim edilib.
Dağlıq Qarabağ haqqındakı bölmədə orada turizmin inkişafı ilə bağlı məlumat yerləşdirilib.
Həmçinin Ermənistanla Azərbaycan arasındakı hərbi münaqişədən və ATƏT-in danışıqlarda rlundan bəhs edilib.
Bundan başqa Dağlıq Qarabağa səfər edəcək turistlərə Xankəndi, Şuşa, Əsgəran qalası və bir sıra yerlərə getmək məsləhət görülüb.
Məlumat kitabçasında tanınmamış Dağlıq Qarabağ Respublikasının paytaxtı Stepanakert (Xankəndi) haqqında da məlumat yerləşdirilib.
Qaynar.info
Şərhlər