Fransada davam edən "Sarı Jiletlilər" hərəkatının 32 iştirakçısı həbs edilib.
Qaynarinfo xəbər verir ki, bütün ölkəni əhatə edən nümayişlərdə təhlükəsizlik məqsədilə 89 min polis təyin edilib. Həbs edilənlərin üzərində müxtəlif soyuq silahlar tapılıb.
Qeyd edək ki, aksiyalar 17 noyabrdan bəri davam edir. Fransa hökuməti nümayişlərdən sonra yanacağa tətbiq edilən vergi artımını 1 il müddətinə ləğv edib.
Gülşən
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!
Şərhlər