Fransalı senator Azərbaycana belə dəstək oldu (VİDEO)

Fransalı senator Azərbaycana belə dəstək oldu (VİDEO)

Fransanın Orn Departamentinin senatoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Natali Qule öz tvitter hesabında Azərbaycana dəstəyini ifadə edib.

Qaynarinfo-nun məlumatına görə, siyasətçi paytaxt Bakı şəhərindən video paylaşaraq belə şərh verib: "Mən Dağlıq Qarabağı artıq ürəyimlə deyil, öz gözlərimlə görəcəm”.

Bu məqamda bildirək ki, noyabrın 25-də Fransa senatı qondarma "Dağlıq Qarabağ respublikası”nın tanınması ilə bağlı tövsiyə xarakterli qətnamə qəbul edib. İlk öncə Qulenin Fransa senatının 305 üzvünün lehinə səs verdiyi qətnamənin əleyhinə səs verən senator olduğu bildirilib. Lakin daha sonra məlum olub ki, Fransa Senatının separatçı qondarma Qarabağ qurumunu tanımağa çağıran tövsiyə xarakterli qətnaməsinin səsverməsində saxtakarlıq olub.

Yekun səsvermədə qətnamənin əleyhinə yalnız bir nəfərin səs verdiyi göstərilsə də, bunun yalan olduğu üzə çıxarıb. Əslində konkret olaraq iki nəfərin qətnamənin əleyhinə səs verdiyi məlum olub.

Oxu.Az-a açıqlamasında senator Natali Qule bildirib ki, qətnamənin əleyhinə səs versə də, sistemdə yanlışlıq olduğu üçün səsi nəzərə alınmayıb. Siyahıda xanımın da adı lehinə səs verənlər arasındadır.

Qule qətnamənin əleyhinə səs verən digər şəxsin də kimliyini açıqlayıb. O, Silviya Goy-Chavent adlı xanım senatordur.

Qeyd edək ki, bundan əvvəl də Natali Quli dəfələrlə müxtəlif çıxışlarında Ermənistanın təcavüzkar dövlət olduğunu, işğalçılıq siyasəti yürütdüyünü dünya ictimaiyyətində çatdırıb.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR