Xəbər lenti

Fransanın adlı-sanlı klubu Azərbaycandan kömək gözləyir
İdman 15:40 09.06.2013

Fransanın adlı-sanlı klubu Azərbaycandan kömək gözləyir


Daniel Perçerson: "Mən inanıram ki, əməkdaşlığımızdan sonra komandamızın gələcəyi parlaq olacaq"


Fransanın “Lans” klubunun daha bir rəsmi nümayəndəsi Azərbaycanın “Baghlan group” şirkərlər qrupu ilə əməkdaşlığını dəstəkləyib. Qol.Az-ın məlumatına görə, klubun regional şurasının prezidenti Daniel Perçerson “Lans”ın rəsmi saytına bildirib ki, komandaları bu əməkdaşlıqdan yalnız uda biləcək.

“Unutmayın ki, “Baghlan group”un sahibi Hafiz Məmmədovun təmsil etdiyi Azərbaycan nefti çox olan ölkədir. İndi “Lans”a maddi dəstək vacibdir. Mən inanıram ki, əməkdaşlığımızdan sonra komandamızın gələcəyi parlaq olacaq”, – deyə klub rəsmisi bildirib.

Qeyd edək ki, “Lans”la Azərbaycan arasında əməkdaşlıqla bağlı rəsmi müqavilənin bu günlərdə imzalanması gözlənilir. Bundan sonra klubun sahibliyinin Azərbaycan tərəfə keçəcəyi, “Lans”ın oyunlara üzərində “Land of fire Azerbaijan” sözləri yazılan forma ilə çıxacağı gözlənilir.

Fransadakı erməni diaspor təşkilatları isə gözlənildiyi kimi bu əməkdaşlığa qarşıdırlar. Onlar dünən növbəti dəfə “Lans”ın prezidentinə müraciət edərək azərbaycanlı iş adamı Hafiz Məmmədovun klubun sahibliyini ələ almasının qarşısını almağa çağırıb.

Qeyd edək ki, bu, “Lans” rəhbərliyinə ikinci belə müraciətdir. Bundan öncə müraciətə cavabında klubun prezidenti Lyuk Dayan cavab vermişdi ki, komandalarının durumu yaxşı deyil, həm də siyasətlə idmanı bir-birinə qatmamalıdırlar. // qol.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->