Fransanın birinci xanımı Bricit Makron yeni doğulan pandanın mənəvi anası olub.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, panda "Beauval" zooparkında dünyaya gəlib və Bricit Makron zoopark rəhbərliyinə zəng edərək təbrik edib. Panda balasının mənəvi anası olan "first lady"nin ilk vəzifəsi Çinə aid olan heyvana veriləcək adın təsdiqi olacaq.
Qeyd edək ki, ana və ata panda Çindən Fransaya müvəqqəti olaraq verilib və bala panda da bu ölkəyə məxsusdur. Körpə 3 il sonra Çinə təhvil veriləcək.
Gülşən
Qaynarinfo.Az
Şərhlər