Azərbaycanlı jurnalist Fuad Abbasov bu gün Rusiyadan deportasiya ediləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Report"un müxbirinə F.Abbasovun vəkili Teyyub Şərifov məlumat verib.
Onun sözlərinə görə, öz hesabına bilet alınıb və bu gün gecə Abbasov Moskvadan Bakıya olan reyslə Rusiya Federasiyasından deportasiya ediləcək.
Xatırladaq ki, dünən Moskva Vilayət Məhkəməsi azərbaycanlı jurnalist Fuad Abbasovun şikayətini rədd edərək məhkəmənin əvvəlki qərarını qüvvədə saxlayıb.
Şərhlər