Xəbər lenti

Fuad Abbasova görə Avropa Məhkəməsinə müraciət olunacaq
Siyasət 16:19 07.06.2019

Fuad Abbasova görə Avropa Məhkəməsinə müraciət olunacaq

Moskvadan deportasiya olunan azərbaycanlı jurnalist Fuad Abbasovun hüquqlarının müdafiəsi üçün Rusiya Ali Məhkəməsinə və Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunacaq.

Bu barədə Moskvada yaşayan və "Avropa-Asiya” vəkillər kollegiyasının sədri Teyyub Şərifov açıqlama verib.

"Bu gün azərbaycanlı jurnalist Fuad Abbasov məhkəmə aktını yerinə yetirmək məqsədilə öz hesabına bilet alaraq Domodedovo hava limanından J2 853 (AZAL aviaşirkəti) reysi ilə 23:45-də Azərbaycana uçacaq. Hazırda məhkəmə icraçıları tərəfindən onun deportasiyası üçün prossesual tədbirlər görülür”.

Vəkil Teyyub Şərifov Rusiya Ali Məhkəməsinə və Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunacağını, bu instansiyaların Fuad Abbasova qarşı Ximki şəhər Məhkəməsinin qanunsuz qərarını ləğv edəcəyinə ümid etdiyini bildirib. (Modern.az)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->