Xəbər lenti

Fuad Abbasovun müdafiəsinə daha bir vəkil qoşulub
Ölkə 19:27 14.06.2019

Fuad Abbasovun müdafiəsinə daha bir vəkil qoşulub

Rusiyada həbsdə olan jurnalist Fuad Abbasovun müdafiəsinə daha bir vəkil qoşulub.

APA-nın verdiyi xəbərə görə, bu barədə Fuad Abbasovun ailəsi məlumat yayıb.

Bildirilib ki, yeni vəkil Azərbaycanın Rusiyadakı Səfirliyi tərəfindən təyin olunub. O, bu gün Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün müvəqqəti saxlanma məntəqəsində saxlanılan Fuad Abbasovla görüşüb və materiallarla tanış olub.

Qeyd edək ki, indiyə kimi Fuad Abbasovun hüquqlarını vəkillər Elman PaşayevTeyyub Şərifov müdafiə ediblər. Bundan sonra isə yeni vəkil Teyyub Şərifovla birlikdə Fuad Abbasovun hüquqlarını müdafiə edəcək.

Xatırladaq ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib.

Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. Ötən həftə və bu həftə ərzində iki dəfə öz hesabına bilet alsa da, onu Azərbaycana deportasiya etməyiblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->