Xəbər lenti

Fuad Mustafayev Ziyalılar Forumuna üzv seçildi
Siyasət 21:47 21.06.2013

Fuad Mustafayev Ziyalılar Forumuna üzv seçildi

AXCP sədrinin keçmiş müavini, hüquqşünas Fuad Mustafayev Ziyalılar Forumuna üzv seçilib. Modern.az-ın məlumatına görə, bu barədə Ziyalılar Forumunun təsisçilərinin bu gün keçirilən toplantıda qərar qəbul olunub. Fuad Mustafayev Ziyalılar Forumunun Koordinasiya Şurasına üzv seçilib.

Ziyalılar Forumunun bugünlkü toplantısında Toplantıda son vaxtlar ölkədə yaranmış sosial-siyası vəziyyət və mənəvi durum müzakirə edilib. 

Azərbaycanın sosial həyatında baş verən bəzi neqativ halların artması, insan haqları ilə bağlı vəziyyətin gün-gündən ağırlaşması, seçki öncəsi repressiv metodların güclənməsi, siyasi mövqeyinə görə insanların təqib edilməsi, beynəlxalq aləmdə Azərbaycanla bağlı bir sıra rüşvətxorluq və korrupsiya hallarının aşkarlanması və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb. 

Xatırladaq ki, AXCP sədrinin keçmiş müavini Fuad Mustafayev 2009-cü ildə siyasətdən getdiyini açıqlamışdı. F.Mustafayev hazırda Türkiyədə yaşayır. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->