Cənubi Koreyada yüksək liqaya vəsiqə uğrunda "Kvancu" - "Tecon Sitizen" oyununda xoşagəlməz hadisə yaşanıb.
Qaynarinfo xəbər verir ki, meydan sahiblərinin müdafiəçisi Li Sın-Mo hava mübarizəsi zamanı yerə uğursuz düşüb. Nəticədə onun boynu qırılıb. Huşunu itirən futbolçu bir müddət nəfəs ala bilməyib. Həkimlərin ilkin yardımından sonra Sın-Mo xəstəxanaya çatdırılıb və orada ayılıb.
Oyun isə "Tecon Sitizen"in qələbəsi ilə yekunlaşıb - 1:0.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!
Şərhlər