İdman 28.01.2022

Futzal millimiz çətin durumda - 4 nəfərin testi pozitiv çıxdı

Avropa çempionatının final mərhələsi çərçivəsində sabah Bosniya və Herseqovina ilə qarşılaşacaq Azərbaycan millisinin 4 üzvü karantinə alınıb.
 
Qaynarinfo xəbər verir ki, bu haqda Futzal Federasiyası məlumat yayıb. Bu gün rəsmi məşq üçün verilmiş antigen testin nəticəsi 4 nəfərdə pozitiv çıxıb. Buna görə də, futzalçılardan Emin Kürdov və Xətai Bağırov, məşqçi Ağakərim Həsənov və həkim Fuad Sadıqov komandanın məskunlaşdığı oteldə karantinə alınıb və oyunöncəsi məşqdə iştirak etməyib. Onlardan PCR test götürülüb, nəticələr sabah günün birinci yarısında açıqlanacaq. 

UEFA bugünkü məşqi həkimlərlə təmin edib.
 
Səbuhi Həsənov

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?