"Game of Thrones" rekord qırdı

Dünyada milyonlarla izləyicinin rəğbətini qazanan "Game of Thrones" serialı final bölümü ilə izləyici rekordu qırıb.

Qaynarinfo xəbər verir ki, ötən günlərdə sonuncu seriyası ilə izləyici qarşısına çıxan seriala təkcə ABŞ-da 19,3 milyon insan baxıb. Sonuncu, yəni 8-ci sezon ümumilikdə 44,2 milyon izləyiciyə çatıb. Ötən sezonla müqayisədə "GoT"a maraq göstərənlərin sayı 10 milyon artıb. Ekran əsəri dünyada 150 ölkədə yayımlanır.

Qeyd edək ki, "Game of Thrones"un son sezonunun çəkilişləri üçün 90 milyon dollar xərclənib, lakin final səhnəsi serial həvəskarları tərəfindən bəyənilməyib, hətta yeni ssenari və çəkilişlər üçün imza kampaniyasına start verilib.


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR