Ölkə 21:51 07.12.2021

“Ganjavi Holding” və “SS-Group” firması əməkdaşlığa başladı (FOTO)

"Ganjavi Holding” və "SS-Group” firması arasında əməkdaşlıq fəaliyyətləri müzakirə olunub.

Qaynarinfo xəbər verir ki, "Ganjavi Holding” və "SS-Group" firması əməkdaşlığa başlayıb. Hər iki şirkət Azərbaycanda öz sahələrində fəaliyyətlərinin reallaşması üçün istiqamətlər təklif edib. "Ganjavi Holding"in əməkdaşlıq etdiyi qurumlara "SS-Group" firması tərəfindən 20% endirim ediləcək.

2009-cu ildə yaranan "SS-Group” firması qısa vaxt ərzində inkişaf edərək Bakının və ölkəmizin digər bölgələrində bir çox uğurlu işlərə imza atmaqla reklam sektorunda öndə gedən şirkətlərdən birinə çevrilib.

"SS-Group" firması reklam, mətbəə, promosyon məhsullarının istehsalı (çanta, qovluq, kataloq, təqvim, buklet, flayer, vizitkart və s.) və çapı (qələm, saat, bayraq, fincan və digər korporativ hədiyyələr), həmçinin fərqli reklam istiqamətlərində (çöl və iç məkanda reklam işləri, rollup, brand wall, vinil və banner çapı və s.) fəaliyyət göstərir.

"SS-Group” firması haqqında daha ətraflı məlumatı http://www.ss-group.az/az / internet ünvanından əldə etmək olar.

Əlaqə:

Ünvan: Bakı şəh., Nizami ray., Şirin Mirzəyev 75
Mob: +99455 6368555