Xəbər lenti

Foto 13:08 27.11.2020

Gədəbəy Mineral Suları ordumuzun yanındadır!

2004-cü ildən "Gədəbəy” və "Slavyanka - 1” markaları ilə fəaliyyət göstərən Gədəbəy Mineral Suları MMC torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən əks-hücum əməliyyatlarına dəstək və vətəndaşlıq borcunu yerinə yetirmək məqsədilə Azərbaycan Ordusunun yanında olub.

Şirkətin marketinq departamentinin rəhbəri Məhəd Musaoğlu Qaynarinfo-ya bildirib ki, bu məqsədlə sentyabrın 27-dən indiyədək bir neçə avtomobil karvanı ön cəbhəyə yola salınıb:

 
"Ümumilikdə müharibə zamanı 5 TIR dolu məhsulumuzu cəbhə bölgəsinə göndərmişik. Hələ də bu missiyamızı davam etdiririk. Döyüşlərin bitməyinə baxmayaraq, limonad və su çeşidlərimizlə rəşadətli ordumuzun yanında olduğumuzu qürurla bəyan etmək istəyirik. Bununla yanaşı, ordumuza göndərmək üçün bizə zəng edib su almaq istəyən vətəndaşlarımıza məhsullarımızı maksimum endirimlə təqdim edir,üzərində öz hədiyyə payımızı da əsirgəmirik. Daha bir qürurverici məqam isə şirkətimizin beş əməkdaşının könüllü şəkildə döyüşlərdə iştirak edib, bu böyük qələbədə pay sahibi olmalarıdır”.



Qeyd edək ki, Gədəbəy Mineral Suları MMC-nin təqdim etdiyi su çeşidləri rayonun Slavyanka kəndində yerləşən müxtəlif faydalı minerallara malik  "Novlu” bulağından götürülür. Suya olan tələbatı nəzərə alaraq 2010-cu ildə Gədəbəy rayonunun Zəhmət kəndində dünya standartlarına uyğun yeni texnologiyalarla təchiz olunmuş fabrik istifadəyə verilib. 2014-cü  ildən isə limonad fabriki fəaliyyətə başlayıb. Hazırda Gədəbəy Mineral Suları MMC-də fəaliyyətdə olan iki fabrikada 6  texnoloji xətt quraşdırılıb. Bu xətlərdə pet və şüşə butulkalarda 38 çeşiddə müxtəlif həcmli qazlaşdırılmış və qazlaşdırılmamış mineral su, limonad məhsulları istehsal olunur. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?