Fevral ayından etibarən "Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
Növbəti səyyar satış aprel ayının 17-də Gədəbəydə Düzrəsullu kəndində paralel olaraq Şəkinin Başgöynük kəndində, 18-də Qəbələdə Çuxurqəbələ kəndinə, 19-da Şamaxının Qızmeydan kəndində kənd inzibati ərazi nümayəndəliklərinin binasında keçiriləcəkdir. Bu kəndlərə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər.
Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edə bilərlər.
Səyyar satış barədə ətraflı məlumat almaq üçün Gədəbəy rayonu üzrə +9940503780330 (Asəf Nağıyev Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru), Şəki rayonu üzrə +9940512559307 (Söhrab Hüsenov "Aqrolizinq” ASC Şəki RN-in direktoru), Qəbələ rayonu üzrə +9940502002277 (Rahib Əhmədov Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru), Şamaxı rayonu üzrə +994055 3362090 (Orxan Vəliyev Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru) ilə əlaqə saxlaya bilərlər.
Şərhlər