"Gedin, sizi 10 min verdiyiniz müğənnilər müalicə eləsin" - "Semaşko"nun həkimi

Xəbər verdiyimiz kimi, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 33 həkim COVID-19-a yoluxub.

Qaynarinfo xəbər verir ki, koronavirusa yoluxan ATU Cərrahiyyə Klinikasının həkimi Etibar Abbasov məsələ ilə bağlı öz "Facebook" səhifəsində status yazıb:

"ATU Tədris Cərrahiyyə klinikasının Reanimasiya şöbəsinin mən də daxil olmaqla 21 personalı COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Biz tükənmişik deyəndə siz zarafat sanırdınız. Artıq reanimasyon xəstələrə baxan bir personal yoxdur. İndi gedin sizi hər uğurunda 100000-lər alan idmançılar, toyunuza "əşi bir dəfə toy edirik” təsəllisi ilə 10000-lər verib çağırdığınız müğənnilər və bu kimi sağlamlığınıza qıymadığınız pulu çox rahatlıqla aparıb verdiyiniz insanlar müalicə etsin.

(P.s: Dərdimiz nə puldu nə də başqa maddi bir şey. sizlərdən hansısa dəyər gözləməkdən də keçmişik. Sadəcə danışanda başınızdan böyük sözlər danışmıyın. Özünüzü qoruyun, Allaha əmanət olun.)”.
 

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR