Xəbər lenti

Ölkə 13:40 12.09.2018

Gələn ay Azərbaycanda yeni telekanal fəaliyyətə başlayacaq

Ötən il Milli Televiziya və Radio Şurasının qərarı ilə lisenziya verilən telekanalın yayım vaxtı məlum olub.

Qurumun sədri Nuşirəvan Məhərrəmli Unikal.org-a açıqlamasında xatırladıb ki, Milli Televiziya və Radio Şurasının 28 dekabr 2017-ci il tarixli qərarı ilə "Türkel TV" MMC-yə ümürespublika televiziya yayımı üzrə ixtisaslaşmış (xəbər televiziyası) üçün müddətsiz lisenziya verilib.

MTRŞ sədri bildirib ki, ölkənin ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalı 2018-ci ilin oktyabr ayında fəaliyyətə başlayacaq. Bununla da respublika üzrə yayımlanan kanalların sayı 11-ə çatacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?