İOS-un sentyabrda buraxılacaq yeni əməliyyat sisteminin 11-ci versiyası 180 mindən çox proqram tətbiqinə uyğun gəlməyəcək. Bunun səbəbi "Apple" şirkətinin yeni əməliyyat sisteminin 32 bitlik prosessor üçün nəzərdə tutulmasıdır.
"Qaynarinfo" xarici mətbuata istinadən xəbər verir ki, şirkət 187 min 32 bit həcmində proqram və ya təxminən "İPhone"nun mövcud proqramlarının 8%-i yeniləyib. Bütün yenilənmiş proqramların siyahısını təqdim etmək çətin olsa da, onu deyə bilərik ki, "YouTube Capture", "iSpadez", "Neo Nectaris", "İnfinity Blade" və bu kimi 2000-dən artıq bir sıra tətbiq artıq İOS-da işləməyəcək.
Xatırladaq ki, 2013-cü ildən etibarən 64 bitlik sistemlə "İPhone 5S"lə istifadəçilərə təqdim olunub.
Güman edilir ki, "Apple" şirkəti 12 sentyabrda "İPhone" 7, 7s Plus və 8 modellərini istifadəçilərin ixtiyarına verəcək.
Nərmin Həsənli
Qaynarinfo.Az
Şərhlər