Xəbər lenti

Gələn il Estoniya şirkəti Ukraynada zenit raketlərini sınaqdan keçirəcək
Dünya 12:16 06.12.2024

Gələn il Estoniya şirkəti Ukraynada zenit raketlərini sınaqdan keçirəcək

Estoniyanın Frankenburg Technologies müdafiə şirkəti gələn il Ukraynada öz zenit raketlərinin sınaqlarına başlayacaq.  

Qaynarinfo xəbər verir ki, bu barədə şirkətin baş direktoru Kusti Salm ERR-ə müsahibəsində bildirib.  

Salma görə, bu texnologiya perspektivlidir, buna görə də şirkət yeni ildə onu Ukraynada sınaqdan keçirəcək. Onun sözlərinə görə, sınaqların keçirilməsi ilə bağlı razılaşma artıq əldə olunub və şirkətin texnologiyası geniş diqqət cəlb edib.  

"Texnologiya perspektivlidir və yeni ildə onu Ukraynada sınaqdan keçirməyə başlayacağıq”, – deyə o vurğulayıb.  

Verilən məlumata görə, Bloomberg-in son hesabatı bunu təsdiqləyir. Həmin hesabatda Frankenburg Avropanın dörd qabaqcıl yüksək texnologiyalı müdafiə startapı arasında göstərilib.  

Frankenburg-un rəsmi saytında qeyd olunur ki, şirkət süni intellektə əsaslanan situativ şüur proqramından istifadə etməklə raketlərin idarə olunma sistemlərində inqilab etməyi hədəfləyir.  

Bloomberg bildirir ki, Salm, yaxın vaxta qədər Estoniya Müdafiə Nazirliyinin katibi vəzifəsində çalışaraq şirkətə xüsusi təyinatlı qüvvələrin dörd generalını cəlb edib. Məlumdur ki, Estoniyadan şirkətə Müdafiə Qüvvələrinin keçmiş rəhbəri Martin Herem və Estoniya diviziyasının komandiri, Baş Qərargahın keçmiş rəisi Veyko-Vello Palm qatılıb.  

Qeyd edək ki, noyabrın əvvəlində Ukrayna Müdafiə Nazirliyi 2024-cü ilin sonuna qədər Frankenburg Technologies şirkətinin zenit raketlərini sınaqdan keçirmək üçün Ukraynaya təqdim edəcəyini açıqlayıb.  

16 noyabrda Estoniya hökuməti müdafiə naziri Hanno Pevkurun Ukraynaya yeni hərbi yardım paketi göndərilməsi ilə bağlı təklifini dəstəkləyib.  

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->