Xəbər lenti

Gələn il neftin qiyməti 70 dollara çata bilər
Ekonomiks 18:15 25.12.2017

Gələn il neftin qiyməti 70 dollara çata bilər

Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatının azaldılması ilə bağlı 30 noyabr 2016-cı il anlaşmasını 2018-ci ilin sonuna qədər uzatması neft qiymətlərinə dəstək verəcək.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bu barədə TASS agentliyi analitiklər arasında apardığı sorğuya əsasən, məlumat verib.

Sorğuda müəyyən olunub ki, ekspertlərin fikrincə,  2018-ci ildə neft qiymətləri 60 dollar/bareldən baha satılacaq, bəzi hallarda isə 70 dollar/barelə qədər yüksələcək.

"Fitch" beynəlxalq reytinq agentliyinin korporativ maliyyə üzrə baş direktoru Maksim Edelsona (Maxim Edelson) görə, 2018-ci ildə ABŞ-ın neft hasilatı 10,3 mln. barel/günə qədər yüksələrək rekord müəyyənləşdirə bilər. Bununla yanaşı, Braziliya və Kanadada hasilatın 2018-ci ildə artması gözlənilir. Edelson qeyd edib ki, Agentliyin proqnozlarına görə, 2018-ci ildə inkişaf etmiş ölkələrin neft ehtiyatları 2017-ci illə müqayisədə 1,5% və ya 43 mln. barel arta bilər. ABŞ-ın neft ehtiyatlarında son zamanlar müşahidə olunan azalma isə Meksika körfəzindəki qasırğa ilə bağlı olub.

Edelson həmçinin bildirib ki, hazırda neft bazarının tarazlanması, əsasən, neft tələbatında artımla əlaqəlidir və 2018-ci ildə hasilatın artması ilə vəziyyət dəyişə bilər. "Skolkovo" biznes-məktəbinin Energetika Mərkəzinin direktoru Tatyana Mitrova isə bildirib ki, ucuz neft hasil edən yeni ölkələr OPEC+ anlaşmasının 2019-cu ildə bir qədər yumşaldılmış şəkildə davam etməsinə səbəb ola bilər.

M.Edelson Agentliyin 2018-ci ildə neftin 52,5 dollar/barel, 2019-cu ildə isə ortalama 55 dollar/barel olacağını proqnozlaşdırdığını bildirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->