“Gəlin bir bayraq altında birləşək” aksiyasına ADY də qoşuldu (VİDEO)
Bakı Nəqliyyat Agentliyinin (BNA) "Gəlin bir bayraq altında birləşək” adlı milli həmrəylik aksiyasına "Azərbaycan Dəmir Yolları (ADY) QSC də qoşulub.
Qaynarinfo xəbər verir ki, ADY-nin fəaliyyət göstərdiyi binadan milli bayrağımız asılıb.
Qeyd edək ki, BNA Azərbaycanda koronavirusun yayılmasına qarşı mübarizəyə dəstək olaraq təşəbbüs irəli sürür. Agentlik dövlət qurumlarını, təşkilatları, digər ictimai xadimləri, eyni zamanda, hər bir vətəndaşı fəaliyyət göstərdikləri və yaşadıqları binalardan bayraq asmağa, milli həmrəylik nümayiş etdirməyə dəvət edir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər