İtaliyada yeni tip koronavirus səbəbindən toy mərasimlərinin təxirə salınmasına əsəbiləşən cütlüklər və toy təşkilatçıları maraqlı akiya keçiriblər.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, 20-yə yaxın qadın gəlinlikdə Romadakı Məhəbbət Çeşməsinin önündə yürüş ediblər. Gəlinlərin əllərində tutduqları plakatlarda isə "Evliliklərimizi məhv etdiniz", "Xəyallarımızı sərhədləyə bilməzsiniz" və "Kilsələrin qapıları toylarımız üçün bağlıdır" tipli mesajlar yer alıb.
Qeyd edək ki, İtaliyada bu vaxta qədər 240 mindən çox insan virusa yoluxub, 35 min insan da həyatını itirib.
Camal
Şərhlər