Xəbər lenti

Gəmidən 7 ton narkotik çıxdı
Dünya 11:21 31.08.2013

Gəmidən 7 ton narkotik çıxdı

İranın Hörmuzqan əyalətinin Bəndər Lengə şəhəri sahillərində külli miqdarda narkotik maddə daşıyan gəmi saxlanılıb. 

Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews xəbər verir.

Məlumata əsasən, narkotik qaçaqmalçıları gəmi vasitəsi ilə 7 tondan artıq çəkisi olan narkotik vasitələri Pakistandan İranın Buşəhr əyalətinə oradan da Küveytə aparmaq niyyətində olublar.

Gəmidən 5 780 kiloqram tiryək, 1469 kiloqram həşiş və 136 kiloqram heroin müsadirə olunub.

Gəminin kapitanı və daha altı nəfər həbs olunub. Hadisə ilə bağlı cinayət işi açılıb.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->