Gəncə şəhər sakini Elnarə Tağıyeva öz şəxsi evini Şəhidlər muzeyinə çevirib.
Qaynarinfo "Baku TV"yə istinadən xəbər verir ki, o, şəxsi mənzilində müharibə dövründə döyüşən, cəbhədən geri dönməyən, itkin düşən və ya şəhid olan əsgər və zabitlərin yaxınlarından onlara məxsus əşyaları alaraq muzey eksponatı kimi toplayıb.
Hazırda muzeydə müxtəlif fotolar, əsgər geyimləri, gilizlər, qəlpələr, hərbi ləvazimatlar qorunub-saxlanılır. Belə eksponatların sayı 2900-dən çoxdur.
Muzey şəhər sakinlərinin də daim diqqətindədir. Buranı tez-tez tələbələr, şagirdlər, şəhid ailələri, qazilər ziyarət edir.
Şərhlər