Ölkə 12:58 17.10.2020

“Gəncədə hazırda bir sakinin axtarışı davam edir”

Gəncə şəhərində gecə saatlarında Ermənistanın raketlə vurduğu yaşayış evlərinin dağıntıları arasında axtarışlar davam edir.

Qaynarinfo Real TV-yə istinadən xəbər verir ki, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev bildirib ki, hazırda bir nəfər sakinin axtarışları davam edir:

"Onu tapandan sonra yəqin ki, axtarışları yekunlaşdıracağıq. Daha sonra xüsusi texnikaları cəlb edəcəyik”.